Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
əsasında düz
 

Qisasa məhkum edilmiş qatilin qüsl və kəfəni [Meyit qüslünün hökmləri]

Sual : Can qisasına (edama) məhkum olunmuş şəxsi qisasdan öncə hazırlamaq (qüsl verib kəfənləmək) lazımdır, yoxsa qüsl və kəfəni qisasdan sonra da yerinə yetirməyin maneəsi yoxdur?
Cavab: Öncədən olması lazımdır.

Qadın, yoxsa kişi olması məlum olmayan şəxsin meyit qüslü və namazı [Meyit qüslünün hökmləri]

Sual : Bir şəxs vəfat etmişdir. Lakin qadın və ya kişi olması məlum deyil. Bu şəxsin namaz və qüslü necə olmalıdır?
Cavab: Əgər məqsəd xonsadırsa (həm kişilik, həm də qadınlıq əlamətləri olan adam), gərək ona məhrəm olanlar qüsl versinlər. Məhrəmi olmasa qadın və kişilərdən hər biri ona qüsl verə bilərlər. Namazda da ehtiyata əməl etsinlər.

Qürbət qəsdi ilə alınan qüsllə qılınan namaz [Meyit qüslünün hökmləri]

Sual : Əgər bir şəxsin boynunda heç bir qüsl olmasa, qürbət qəsdi ilə qüsl ala və onunla namaz qıla bilərmi?
Cavab: Caiz deyil.

Meyit qüslü bitmədən öncə sıçrayan su [Meyit qüslünün hökmləri]

Sual : Sidr və kafur qatılmış su ilə qüsldən sonra və xalis su ilə qüsl verməzdən öncə meyyitin bədənindən axan su damcıları pakdır, yoxsa nəcis?
Cavab: Meyyitə verilən üç qüsl bitməmiş meyyit pak olmur.

Meyit qüsllərindən birinin yaddan çıxması [Meyit qüslünün hökmləri]

Sual : Əgər səhvən meyyitə verilməsi vacib olan üç qüslün biri verilməsə, hökmü nədir?
Cavab: Meyyitə ehtiramsızlığa səbəb olmasa qəbri qazıb meyyiti çıxarmaq və qüslü təkmil etmək caizdir. Lakin bu iş vacib deyil.
Səhifə sayı : 1