Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
əsasında düz
 

Varis bacıoğlu və əmioğludursa [Üçüncü qrup varislər]

Sual : Vəfat etmiş Zeydin varisi anadan bir olan bacısının övladıdır. Digər tərəfdən də əmisi oğlanlarından üçü həyatdadırlar. Zeydin irsi hansı şəkildə bölünməlidir?
Cavab: Bacısının övladı olduğu təqdirdə əmisi oğlanlarına heç bir irs çatmayacaqdır. Başqa bir varisi yoxdursa, əmlakının hamısı bacısı uşağına çatmalıdır.

Dayı və xalanın oğlanları və qızlarının irslərinin bərabərliyi [Üçüncü qrup varislər]

Sual : Mömin insanlardan biri dünyadan getmişdir və ölüm zamanı onun varisləri aşağıdakılardan ibarətdir:
1) Daimi həyat yoldaşı. O, həm də vəfat etmiş şəxsin əmisi qızıdır. 2) Başqa bir əmisi qızı. 3) Bir dayıoğlu. 4) Digər dayıdan üç dayıoğlu və üç dayıqızı. 5) İki xalaoğlu və iki xalaqızı. Xahiş edirik deyəsiniz ki, dayı oğlanları, dayı qızları, xala oğlanları və xala qızları bərabər şəkildə irs götürməlidirlər, yoxsa, “lizzəkəru mislu həzzil ünsəyəyn” (kişilər qadınlardan iki qat artıq)?
Cavab: Onlara çatan irsin bərabər olması uzaq ehtimal deyil. Lakin ehtiyat budur ki, öz aralarında müsalihə etsinlər.
Səhifə sayı : 1