Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
əsasında düz
 

Şəhidin varisləri həyat yoldaşı və atadan ibarətdirsə [Ər-arvad]

Sual : Mənim qardaşım on iki il bundan öncə müharibədə itkin düşüb. O vaxt onun şəhid olması, yoxsa əsir düşməsi məlum deyildi. İndi on iki ildən sonra onun şəhid olması qəti və tam şəkildə aydın oldu. Bu şəhidin arvadı var idi, amma övladı yoxdur. Xahiş edirik ki, aşağıdakı suallara cavab verəsiniz:
1) Bu şəhidin məvacibi bu on iki il ərzində həyat yoldaşı tərəfindən bütövlükdə alınmış və xərclənmişdir. Bu məvacibin hamısı onun idimi, yainki, onun bir hissəsi irs ünvanı ilə şəhidin atasına, anasına, qardaşına və bacısına çatır?
2) Hal-hazırda onun şəhid olmasının qəti şəkildə məlum olduğunu nəzərə alsaq, şəhidin işlədiyi idarədən “qan pulu” və ya “qəramət” adı ilə verilən bir miqdar pul kimə çatmalıdır?
3) Onun 1361-ci ildə şəhid olduğunu və şəhadət xəbərinin 1373-cü ilə çatdığını, digər tərəfdən də şəhidin atasının 1366-cı ildə vəfat etdiyini nəzərə alsaq, şəhidin atasına ondan irs çatırmı? Yoxsa, şəhidə atasından irs çatır?
4) Şəhidin həlak olması dəqiqləşəndən iki il öncə onun həyat yoldaşı “Şəhidlər” idarəsinə talaq istəyi ilə müraciət etmiş və sözü gedən idarənin rəisi qanun əsasında onun şəri talağını vermişdir. Bu həyat yoldaşına şəhiddən irs çatırmı? Qan pulundan ona irs çatırmı? Bu iki il ərzində onun şəhidin məvacibini alıb xərcləməyə haqqı var idimi?
Cavab: 1)Onun məvacibi arvadına aid olmuşdur.
2)Varislərin hamısına çatır. Əgər idarə o pulun xüsusi yerdə sərf edilməsini təyin etsə, bu hal müstəsnadır.
3)Atasına onun əmlakından irs çatır. Lakin dövlətin verdiyi puldan ona irs çatmır.
4)Əgər dövlət idarəsi onun talaq almasından xəbərdar olduğu halda ona pul və məvacib verirdisə, onları alması ona caizdir. Amma əgər talaq almamaq şərti ilə məvacib verirdisə, sözü gedən pulu almaq ona caiz deyildir. Lakin hər bir halda şəhidin əmlakından və qan pulundan ona irs çatır.

Şəhidin varisləri həyat yoldaşı və atadan ibarətdirsə [Ər-arvad]

Sual : Mənim qardaşım on iki il bundan öncə müharibədə itkin düşüb. O vaxt onun şəhid olması, yoxsa əsir düşməsi məlum deyildi. İndi on iki ildən sonra onun şəhid olması qəti və tam şəkildə aydın oldu. Bu şəhidin arvadı var idi, amma övladı yoxdur. Xahiş edirik ki, aşağıdakı suallara cavab verəsiniz:
1) Bu şəhidin məvacibi bu on iki il ərzində həyat yoldaşı tərəfindən bütövlükdə alınmış və xərclənmişdir. Bu məvacibin hamısı onun idimi, yainki, onun bir hissəsi irs ünvanı ilə şəhidin atasına, anasına, qardaşına və bacısına çatır?
Cavab: Onun məvacibi arvadına aid olmuşdur.
2) Hal-hazırda onun şəhid olmasının qəti şəkildə məlum olduğunu nəzərə alsaq, şəhidin işlədiyi idarədən “qan pulu” və ya “qəramət” adı ilə verilən bir miqdar pul kimə çatmalıdır?

Varislər ər, ata, ana və bir qızdan ibarətdirsə [Ər-arvad]

Sual : Əhməd Fatimə adlı bir qadınla daimi nikah bağladı. Onların mehriyyəsi bir milyon tümən dəyərində təyin olundu və onun iki yüz min tümən məbləğində olan hissəsi nağd şəklində ödənildi. Yerdə qalan hissəsi isə Əhməd tərəfindən səkkiz yüz min məbləğində çek kimi Fatimənin adına yazıldı. Bu çek müəyyən şərtlərə uyğun olaraq əmanət şəklində mənim əlimdədir. Sözü gedən xamın bir neçə müddətdən sonra vəfat etdi və hal-hazırda həyatda olan birinci ərindən bir qız övladı da var. Bu qız onun atasının yanında yaşayır. Mərhumun atası, cənab Əhmədin mərhum üçün yazdığı çekin ona verilməsi barədə təklif irəli sürür. Əlavə etmək lazımdır ki, mərhumun ata-anası sağdır və mərhumun bir neçə qardaş-bacısı da var. Bu müqəddiməni nəzərə almaqla aşağıdakı suallara cavab verin:
1) Mərhumun varisləri kimlərdir?
2) Hal-hazırda mərhumun atasının yanında yaşayan qızının bu çekdən olan payı nə qədərdir?
3) Şəri baxımdan bu çeki mərhumun atasına verə bilərəmmi ki, o da mərhumun həyat yoldaşına versin?
4) Şəri baxımdan mənim bu çeki saxlamaqla, onların yazdıqları şərtlərlə və hakim (münsif) olmağımla əlaqədar vəzifəm nədir?
Cavab: 1) Onun varisi həyat yoldaşı, ata-anası və o bir qızdır (qadının başqa uşağının olmamağı şərtilə). Həyat yoldaşı onun əmlakının dörddə birini irs olaraq götürür. Yerdə qalanları isə aşağıdakı şəkildə bölünür: Ata və ananın hər birinə irsin altıda biri çatır. Altı payın beşdə ikisi isə qıza çatır.
2 və 3) Çekin məbləği varislərin hamısına aiddir. Atanın isə yalnız öz payını bağışlamaq haqqı vardır. Sizin çeki müəyyən bir şəxsə təhvil verməyə haqqınız yoxdur, onun hamının ixtiyarına verməlisiniz.
4) Siz varislərin hamısına xəbər verməlisiniz ki, çekin müqəddəratını həll etsinlər.

[Ər-arvad]

Sual : Hal-hazırda onun şəhid olmasının qəti şəkildə məlum olduğunu nəzərə alsaq, şəhidin işlədiyi idarədən “qan pulu” və ya “qəramət” adı ilə verilən bir miqdar pul kimə çatmalıdır?
Cavab: Varislərin hamısına çatır. Əgər idarə o pulun xüsusi yerdə sərf edilməsini təyin etsə, bu hal müstəsnadır.

Şəhidin varisləri həyat yoldaşı və atadan ibarətdirsə [Ər-arvad]

Sual : Vəfat etmiş şəxsin atası, anası və cinsi əlaqədə olmadığı həyat yoldaşı vardır. İrsin onların arasında neçə bölünməsini bəyan edin.
Cavab: Həyat yoldaşına bütün irsin (torpaq sahəsindən başqa) dörddə biri çatır. Anaya bütün əmlakın üçdə biri çatır. Qalanı da ataya verilir. Əgər mərhumun (ən azı) iki qardaşı, ya dörd bacısı, ya da bir qardaşı və iki bacısı varsa (onların atalarının mərhumun atası ilə eyni olması şərti ilə) yerdə qalan əmlakdan altıda biri anaya və qalanı da – altıda birin beşdə üçüdür – ataya çatır.

Nikahları səhih olmayan ər-arvadın irsi [Ər-arvad]

Sual : Vəkil əqd siğəsini səhv oxuyubsa, bu kişi və qadının övladlarına irs çatırmı? Bu kişi və qadına bir-birlərindən və vəfat etdikləri təqdirdə övladlarından onlara irs çatırmı?
Cavab: (Bu halda) övladlarına ata-anadan və anaya övladlardan irs çatır. Lakin ərlə arvada bir-birlərindən irs çatmır.

Talağı verilmiş anaya oğlundan çatan irs [Ər-arvad]

Sual : Bir qadın iyirmi beş ilə bundan qabaq ərindən talaq almışdır və onun ərindən bir oğlu və bir qızı vardır. Kişi isə başqa bir qadınla evlənmiş və ondan da bir qızı vardır. Ona da iyirmi il bundan öncə talaq vermiş və üçüncü qadınla evlənmişdir. Ata və oğlu avtomobil qəzasında vəfat etmişdir, onların hansının daha tez öldüyü məlum deyil. Talaq alan qadın iddia edir ki, oğlunun heç bir əmlakı yoxdur. O, atası ilə bir yerdə yaşayırdı və subay idi. Ona atasından irs çatmalı və bu irs ona verilməlidir. Ona irs çatırmı? (Qeyd etmək lazımdır ki, atanın aşağıdakı varisləri var: iki qızı, anası və hal-hazırda onun evində yaşayan arvadı.)
Cavab: Bu kişinin irsi iki qıza, avtomobil qəzasına düşən oğlana, həyat yoldaşına və anasına çatır. İrsin səkkizdə bir hissəsi həyat yoldaşına, altıda bir hissəsi anasına çatır. Yerdə qalanı 4 hissəyə bölünür: iki hissəsi avtomobil qəzasına düşən oğlana və (varisinin yalnız anası olduğu təqdirdə) onun tərəfindən anasına çatır. Qızlarından hər birinə isə bir pay çatır.

Şəhidin həyat yoldaşının dövlətin verdiyi vəsaitdən irsi [Ər-arvad]

Sual : Bir şəxs öz şəxsi yük maşını ilə cəbhəyə getmiş, həm özü şəhid olmuş, həm də yük maşını sıradan çıxmışdır. Sonradan dövlət yük maşınının əvəzini şəhidin ailəsinə vermişdir. Sual budur ki, şəhidin arvadı bu maşından irs payını tələb edə bilərmi?
Cavab: Əgər yük maşınını cəbhəyə aparmaq dövlətin əmri və ya dövlət zəmanəti ilə baş vermişdirsə (zəmanət ayrılıqda bu şəxsə yox, ümumi şəkildə verilmiş olsa da), şəhidin arvadına bu yük maşınının səkkizdə biri irs çatır. Əgər bu şəxs öz istəyi ilə, dövlətin heç bir tələbi və zəmanəti olmadan belə bir iş görmüşsə, bu barədə əlaqədar orqanların məsul işçilərindən soruşun ki, onların bu işdə məqsədləri yalnız şəhidin övladına yardım etmək olmuşdur, yoxsa bu hədiyyə onun həyat yoldaşına da aiddir. Habelə sual olunmalıdır ki, bu hədiyyə irs paylarına mütənasibdir, yoxsa ondan az, yoxsa çox?

Varis yalnız həyat yoldaşıdırsa [Ər-arvad]

Sual : Digər varisləri olmadığı halda ər-arvada bir-birlərindən çatan irsin necəliyinə aydınlıq gətirmənizi xahiş edirik.
Cavab: Əgər ər və yaxud arvad dünyadan gedərsə, başqa bir varisləri də olmasa, arvadın vəfat etdiyi surətdə əmlakının hamısı ərinə çatır. Ərin dünyadan getdiyi təqdirdə isə əmlakının dörddə biri qadına və yerdə qalanı İmama (əleyhis-səlam) çatır.

Kişinin övladı olmayan hallarda qadının irsi [Ər-arvad]

Sual : Zeydin birinci arvadı doğuş zamanı dünyasını dəyişmiş və onun körpəsi də az bir zaman fasiləsi ilə ölmüşdür. Bir ildən sonra o öz qohumlarından birinin qızı ilə ailə qurmuş və iyirmi il onunla birlikdə yaşamışlar. Onun ikinci qadından heç bir övladı yoxdur. Hal-hazırda ər dünyadan köçmüşdür. Qadının irsi hansı şəkildə olmalıdır?
Cavab: Əgər ölüm zamanı ərin heç bir övladı yox idisə, onun əmlakının dörddə biri həyat (torpaq sahəsindən başqa) yoldaşına, yerdə qalanı isə digər varislərə çatır.

Qadına kəhriz və quyudan çatan irs [Ər-arvad]

Sual : Qadına kəhriz və ya quyu suyundan irs çatırmı?
Cavab: Təkcə ərinin ölümü zamanı kəhrizdə və ya quyuda mövcud olan sudan ona irs çatır.

Kişiyə öz zövcəsinin mehrindən çatan irs [Ər-arvad]

Sual : Qadının mehriyyəsi onun qoyub getdiyi irsinə aiddimi? Əgər onun qoyub getdiyi irsin bir hissəsidirsə, əri öz irs payını ondan kəsr edib, mehriyyənin qalanını qadının (öz arvadının) sair varislərinə ödəyə bilərmi?
Cavab: Bəli, onun irsinin bir hissəsidir və sair əmlak kimi bölünməlidir.

İzdivac əqdi zamanı irsin başqasına bağışlanması şərti [Ər-arvad]

Sual : Daimi nikahda kişi əqdin daxilində öz arvadı ilə “əgər qadın kişinin varisi olsa, öz irsini o kişinin vəfat etmiş qadınından qalan övladına bağışlasın” – deyə bir şərt bağlaya bilərmi?
Cavab: Belə bir şərtin tamamilə qeyri-müəyyən olduğunu nəzərə alsaq, işkalsız deyil.

Qadına öz ərinin qan diyəsindən çatan irsi [Ər-arvad]

Sual : Zövcənin ərinin qan diyəsinin əvəzində verilən pulda haqqı varmı? Onun haqqı nə qədərdir?
Cavab: Bəli, o puldan sair əmlak kimi irs aparır.

Vəfat etmiş şəxsin əmlakından ikinci arvada çatan irs [Ər-arvad]

Sual : Mənim adım Fatimədir. Ərim 1363-cü ildə dünyadan getmişdir. Mən onun ikinci arvadı idim və aramızdakı nikah daimi şəkildə oxunmuşdur. Buna baxmayaraq onun övladları ölümündən iki il sonra bütün əmlakını öz aralarında bölmüş və mənim haqqımı heç bir vəchlə verməmişlər. Mərhumun əmlakı aşağıdakılardan ibarətdir:
1) Püstə bağları. 2) Sənədi mərhumun öz adına olan üç vahidlik yaşayış mənzili. 3) Traktor, bütün avadanlığı ilə. 4) Quyu, su nasosu, motorxananın binası, suyun və işığın imtiyazı və quyunun icazə sənədi. 5) Daşınan əmlak və ev avadanlığı. Bütün bunları nəzərə almaqla xahiş edirik ki, aşağıdakı suallara cavab verəsiniz:
1. Mənim bu daşınmaz əmlaka aid bir haqqım varmı? Varsa, hansı şəkildədir?
2. Bu 13 il ərzində mənim irsiyyəmi vermədiklərini nəzərə alsaq, bu illərin gəliri mənə çatırmı?
3. İrsi verərkən bu günün qiyməti meyar sayılır, yoxsa, mərhum dünyadan gedən günün qiyməti? Əgər mərhumun vəfat etdiyi günün qiyməti meyar sayılırsa, bu bir neçə ildə baş verən inflyasiyanın dəyəri hesablanmalıdırmı?
Cavab: 1. Daşınmaz əmlakın qiymətinin səkkizdə biri və daşınan əmlakın səkkizdə biri hər iki arvada çatır və onların arasında bərabər şəkildə bölünməlidir.
2. Daşınan əmlakın gəlirinə gəldikdə isə bu müddətdə olan mənfəəti ödəməlidirlər. Ehtiyat budur ki, daşınmaz əmlak barəsində də eyni şəkildə əməl etsinlər.
3. Ödəniş gününün qiyməti meyardır.

Ər və uşaqların eyni zamanda öldüyü təqdirdə qadının irsi [Birinci qrup varislər]

Sual : Bir şəxs üç uşağı ilə birlikdə dəm qazından boğularaq dünyasını dəyişmişdir və onların hansı birinin əvvəl və hansının sonra vəfat etdiyi məlum deyil. Bunu da qeyd etmək lazımdır ki, bu uşaqların heç bir əmlakı yoxdur. Atanın varisi hal-hazırda arvadı, atası və anasıdır. Onlar irsi hansı şəkildə bölməlidirlər?
Cavab: Uşaqların səhmi atanın malından götürülməli və onların vərəsələrinə verilməlidir. Yerdə qalanı isə atanın varislərinə çatmalıdır.
Səhifə sayı : 1