Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
əsasında düz
 

İrsin üçdə birinin ehtiyacı olanlara xərclənməsi [Vəfat edən şəxsin irsinin üçdə biri]

Sual : Həzrət ustad! İcazə verirsinizmi ki, mərhum atamın qoyub getdiyi irsin üçdə birini qohumlardan birinə verək (onun borcu var və borcunu qaytarmayacağı təqdirdə problemlərlə üzləşəcək)?
Cavab: Üçdə birini vəsiyyət etmiş və bu məqsədlə istifadədən fərqli bir məqsəd müəyyən etməmişdirsə, maneəsi yoxdur.

Vəfat etmiş şəxsin malının üçdə birinin istifadəsi üçün ən yaxşı yol [Vəfat edən şəxsin irsinin üçdə biri]

Sual : Bir şəxs vəsiyyət etmişdir ki, “mənim əmlakımın üçdə birini Quran və sünnətə əsasən ən yaxşı sayılan və ondan yaxşısı mümkün olmayan yerdə xərcləyin”. Sizin bu barədə mübarək nəzəriniz nədir? Onun pulu harada xərclənsin?
Cavab: Elmi-dini hövzələr üçün və bu hövzələrdə tədrislə, təbliğlə, xalqın irşadı ilə, əmr be məruf və nəhy əz münkər ilə məşğul olan təqvalı insanlar üçün xərcləyin. Hədisdə deyilir ki: وما اعمال البرّ کلّها و الجهاد فى سبیل الله، عند الامر بالمعروف والنهى عن المنکر، الا کنفثه فى بحر لجّى
“Yaxşı və saleh əməllərin hamısı, (hətta) Allah yolundan cihad belə, əmr be məruf və nəhy əz münkərin müqabilində ağız suyunun dərin okeanın müqabilində olduğu kimidir.”

Vəsiyyət etməmiş meyit [Vəfat edən şəxsin irsinin üçdə biri]

Sual : Vəfat etmiş şəxs vəsiyyət etməmişdirsə, əmlakın əslində bir haqqı varmı?
Cavab: Meyitin (kəfən, dəfn və s.) lazımi təchizatından başqa bir haqqı yoxdur.

Malın üçdə biri barədə vəsiyyət etmədən vəsi təyin etməsi [Vəfat edən şəxsin irsinin üçdə biri]

Sual : Vəfat etmiş şəxs “vəsi” (onun işlərini yerinə yetirəcək ) şəxsi müəyyən etmiş, lakin əmlakının üçdə birinə dair vəsiyyət etməmişdirsə, onun əmlakının üçdə birini xeyir işlərə sərf etmək vacibdirmi?
Cavab: Vəsini təyin etmək üçdə birin müəyyən olunması demək deyil. Lakin bəzi məntəqələrdə vəsinin təyin olunması üçdə birə vəsiyyət mənasındadırsa, ona əməl olunmalıdır.
Səhifə sayı : 1